MDB İcraiyyə Komitəsində əməyin mühafizəsi sahəsində əməkdaşlığı tənzimləyən sənədlər müzakirə edilib

A- A A+

MDB İcraiyyə Komitəsində İş yerlərində əmək şəraitinin qiymətləndirilməsinə dair Tövsiyələrin və Əməyin mühafizəsi haqqında qanunvericiliyə riayət edilməsinə nəzarətin həyata keçirilməsinə dair Razılaşdırılmış Tələblərin layihələrinin hazırlanması üzrə ekspertlərin işçi qruplarının videokonfrans rejimində iclasları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi MDB İcraiyyə komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasların iştirakçıları işçi qrupların adlarına dəyişikliklər edilməsi barədə razılığa gəliblər. İndi həmin işçi qruplar, müvafiq surətdə, Müstəqil Dövlətlər Birliyinin iştirakçıları olan dövlətlərdə İş yerlərində əmək şəraitinin qiymətləndirilməsinə dair Tövsiyələrin layihəsinin hazırlanması üzrə Ekspertlərin İşçi Qrupu və Müstəqil Dövlətlər Birliyinin iştirakçıları olan dövlətlərdə Əməyin mühafizəsi haqqında qanunvericiliyə riayət edilməsinə nəzarətin həyata keçirilməsinə dair Tələblərin layihəsinin hazırlanması üzrə Ekspertlərin İşçi Qrupu adlanacaqlar.

İclaslarda ekspertlər MDB iştirakçıları olan dövlətlərin və həmkarlar ittifaqlarının Ümumi konfederasiyasının layihələrə dair iradlarını və təkliflərini müzakirə ediblər.

Tövsiyələrin layihəsini işçi qrup çərçivəsində hazırlanmış hesab etmək qərara alınıb, Tələblərin layihəsinin bəzi müddəalarını isə təkmilləşdirmək məqsədəuyğun hesab edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: