90 illiklə əlaqədar elmi konfrans keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində görkəmli alim, akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar elmi konfrans keçirilib.

Bildirilib ki, Akademik Cəlal Əliyev Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı, bu sahənin inkişafında mühüm xidmətləri olan alimlərdəndir. O, biologiya elminin bir sıra yeni istiqamətlərini müəyyən edib və onun aktual problemlərinin həllinə samballı töhfələr verib. Ölkədə bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında onun mühüm xidmətləri olub.

Vurğulanıb ki, görkəmli alim biologiya elmində böyük bir məktəb yaradıb, onun rəhbərliyi ilə 250-dən çox elmlər namizədi və elmlər doktoru hazırlanıb. Elmi konfransda Cəlal Əliyevin tükənməz enerjisindən, əbədiyaşar elmi irsindən, biologiya elminə verdiyi əvəzsiz töhfələrdən ətraflı bəhs olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar 22 may 2018-ci il tarixli Sərəncam imzalayıb.

Vüsal Muradov  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: