Muxtar respublikada torpaq sahələrinin plana alınması başa çatdırılıb

A- A A+

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən Sədərək rayonunda aparılan planaalma işləri yekunlaşdırılıb.

Xidmətin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bununla da muxtar respublikanın bütün yaşayış məntəqələri üzrə torpaq sahələrinin konturlarının çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi başa çatdırılıb.

Muxtar respublika üzrə plana alınmış bütün daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumatları Xidmətin informasiya bazasına daxil edilib, topoqrafik elementlərin, mühəndis-kommunikasiya xətləri və qurğularının, xüsusi qorunan ərazilərin, hidroqrafiya elementlərinin sərhədləri müəyyənləşdirilib. Yaşayış məntəqələrinin yeni elektron yerquruluşu xəritələri hazırlanıb.

Dəqiqləşdirilmiş məlumatlar əsasında torpaqların uçotunun müasir tələblərə uyğun aparılması, bu sahədə işlərin texnoloji cəhətdən modernləşdirilməsi təmin ediləcək, avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemi formalaşdırılacaq.

Qeyd edək ki, Naxçıvan  Muxtar  Respublikası Ali Məclisi  Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi  sahəsində əlavə tədbirlər haqqında” 2 aprel 2016-cı il tarixli Fərmanı əsasında muxtar respublikada torpaqların elektron kadastr uçotunun aparılmasına başlanılmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: