Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənclər arasında Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Son iclas” filminin onlayn müzakirəsi keçirilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, əvvəlcə onlayn müzakirələrin əhəmiyyətindən danışılıb, film barədə müzakirənin iştirakçılarına ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə və cümhuriyyətin süqutuna həsr olunmuş filmdə xalqımızın əzmkarlığı, istiqlal mübarizəsi öz əksini tapıb.
Film AXC-nin 27 aprel 1920-ci ildə keçirilmiş sonuncu iclası ilə başlayır. Filmdə xalqımızın son anadək apardığı dönməz və qətiyyətli mübarizəsi əks olunur. Mübarizə faciə ilə başa çatsa da, bu mübarizənin Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu göstərilir.
Daha sonra gənclər film barədə fikir mübadiləsi aparıb,1 saat davam edən müzakirədə ümumilikdə 40 nəfər gənc iştirak edib.