“Məhkəmə statistikası” mövzusunda onlayn seminar keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası  Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminarda muxtar respublikanın birinci instansiya məhkəmələrinin əməkdaşları iştirak edib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bidirilib ki, 2020-ci ilin birinci yarımilinin başa çatması, məhkəmə fəaliyyətinə dair statistik hesabatların tərtib edilməsi məqsədilə keçirilən onlayn seminarda məhkəmə fəaliyyətinə dair statistik hesabat formaları barədə  ətraflı məlumat verilib. Qeyd olunub ki, məhkəmə fəaliyyətinə dair statistik hesabatlar ildə iki dəfə-birinci və ikinci yarımilin sonunda tərtib edilir. Məhkəmə fəaliyyətinə dair statistik hesabat formalarının işlənilməsi diqqətdə saxlanılır, bununla bağlı tədbirlər görülür və yeniliklər qanunvericiliyin tələblərinə uyğunlaşdırılır. Bütün məhkəmələr əvvəlcədən müvafiq statistik hesabat formaları ilə təmin olunublar. Seminarda nazirliyin əməkdaşları tərəfindən məhkəmə işçilərinə statistik hesabatların işlənməsi qaydaları izah edilib, lazımi tövsiyələr verilibdir.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

      

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: