Şərur və Kəngərli rayonlarında sosial qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Şərur və Kəngərli rayonlarında sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrlə görüşlər baş tutub.
Şərur rayonu Kosacan kəndindən Cəfərovlar ailəsi, Kəngərli rayonundan isə Qarabağlar kənd sakinləri Cabbarovlar ailəsinin nümayəndələri ilə keçirilən görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları ailə üzvləri ilə söhbət aparıb, onların qayğıları ilə maraqlanıblar. Görüşdə vurğulanıb ki, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi istiqamətində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Müvafiq kateqoriyadan olan şəxslərin sosial rifahını yüksəltmək üçün məşğulluq problemləri həll olunur, vaxtaşırı görüşlər təşkil edilir, onlara maddi və mənəvi cəhətdən dəstək göstərilir.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.