Şərur rayonunun 6 kəndində dezinfeksiya tədbirləri aparılıb - FOTOLAR

A- A A+

Şərur rayonunda qabaqlayıcı profilaktiki tədbirlər və dezinfeksiya işləri davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti tədbirlər rayonun 6 kəndində həyata keçirilib.

Rayonun Qarxun kəndində mərkəzi və məhəllə yolları dərmanlanıb. Kənd və xidmət mərkəzlərinin, həmçinin səhiyyə ocaqlarının qarşısı dezinfeksiya edilib.

Dezinfeksiya tədbirləri həmçinin rayonun Kürçülü, Kərimbəyli, Çərçiboğan, Ələkli və İbadulla kəndlərində də həyata keçirilib.

Qeyd edək ki, rayonda bütün ərazilərinin sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlanır, zəruri qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: