Naxçıvanda narkotik və psixotrop maddələr məhv edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN-nın verdiyi məlumata görə  Naxçıvan MR-nın  Müsadirə edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını məhvetmə  komissiyası muxtar respublikanın məhkəmələrinin 2018-ci ildə çıxardıqları müvafiq hökmləri, Gömrük Komitəsinin və Şahbuz Rayon Polis Şöbəsinin arayışına əsasən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ayrıca bağlamalarda saxlanılan ümumi çəkisi  47  qram 618  milliqram olan heroin narkotik vasitəsi, çəkisi 63 qram 77  milliqram qurudulmuş marixuana, 310 milliqram həşiş qətranı, ümumi çəkisi 120 qram 465  milliqram olan tiryək, 18 ədəd həb “Clonazepam” psixotrop maddəsi Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin tibbi tullantıların ləğvi sistemində yandırılmaqla məhv edib.

                                                                              Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: