İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənilib

348

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələrə iyun ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişini həyata keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ünvanlı sosial yardım vəsaitləri həmin yardım təyin olunmuş ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb.

Hazırda 84 min 100 ailə (350 mindən çox ailə üzvü) ünvanlı sosial yardımla təmin olunur.

Həmin yardımı alanların sayında təkcə iyun ayında 1000-dən çox ailə artıb. Hər ailəyə ayda orta hesabla 225 manatdan çox ünvanlı sosial yardım ödənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: