AMEA Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün keçirilən test imtahanları başa çatıb

A- A A+

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə deyilir.

Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant olan vəzifələrin tutulması üçün 10 oktyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test imtahanları 24-29 iyun tarixlərində keçirilib.   

Müsabiqəyə çıxarılan 27 vakant vəzifənin tutulması üçün 14 nəfər sənəd təqdim edib. Test imtahanında iştirak edən 12 namizəddən 7 nəfəri müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

İmtahanda namizədlərə ixtisas üzrə 40, informasiya  texnologiyaları üzrə 20, dünyagörüşü üzrə 20, ingilis dili üzrə isə 20 sual olmaqla 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt verilib. Test imtahanlarının nəticələri gündəlik olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.

İmtahanda iştirakçılar tibbi maskadan istifadə edib, sosial məsafə qorunub və digər sanitar-gigiyenik tələblərə əməl olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: