“Bir neçə dəqiqədə mədəniyyət” adlı müsabiqənin nəticələri elan olunub

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Bir neçə dəqiqədə mədəniyyət” adlı videoçarx müsabiqəsinin qalibləri bəlli olub.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqə 14-25 və 26-35 yaş kateqoriyaları üzrə aparılıb. Seçim zamanı təqdim olunan videoçarxların mövzunu əhatə etməsi, çəkilişin keyfiyyəti, şəxsi yaradıcılıq, nitq mədəniyyəti və videoçarxın heç yerdə yayımlanmaması nəzərə alınıb.

Münsiflər heyətinin yekun qərarına əsasən qalib şəxslər aşağıdakı kimi müəyyən edilib:

14-25 yaş kateqoriyası üzrə:

 

  • I yerin qalibi–Əsgərova Həcər Vasif qızı

 

  • II yerin qalibi–Nuriyeva Nəzrin Habil qızı

 

  • III yerin qalibi–Nağıyev Nail Zahir oğlu

 

26-35 yaş kateqoriyası üzrə:

 

  • I yerin qalibi –Əliyev Tural Haxverdi oğlu

 

  • II yerin qalibi –Abdullayev Sərxan Qəhrəman oğlu

 

  • III yerin qalibi –Məmmədov Əbülfəz Səid oğlu

 

Hər iki kateqoriya üzrə I yerin qalibi 250, II yerin qalibi 150, III yerin qalibi isə 100 manat məbləğində pul mükafatı ilə, həmçinin müvafiq diplomla təltif olunurlar.

Qeyd edək ki, Bakı şəhərindən qatılan və qalib olan iştirakçıların mükafatları onların ünvanına çatdırılacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: