NDU-da ekoloji tarazlığın qorunub saxlanmasına dair onlayn respublika elmi konfransı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Ekoloji tarazlığın qorunub saxlanılmasına müasir baxış : Problemlər, faktlar, təkliflər” mövzusunda baş tutan konfransda  univеrsitеtin rektoru Elbrus İsayev bildirib ki, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir. Muxtar respublika ərazisində  ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət həyata keçirilir. Rektor universitetdə “Ekologiya mühəndisliyi”, “Meliorasiya və su təsərrüfatı tikindisliyi mühəndisliyi” ixtisasları üzrə bakalavr, magistr, doktorant hazırlığının həyata keçirilməsindən danışıb.

 “Azərbaycanın su ehtiyatlarının və iqlim dəyişmələrinin dayanıqlı inkişafa təsiri” adlı çıxışında AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov qeyd edib ki, Azərbaycan da iqlim dəyişmələrinin təsirinə məruz qalan ölkələr siyahısındadır. Su ehtiyatlarının azalmasının iqlim dəyişmələrinə təsiri olduğunu qeyd edən akademik gələcəkdə bu amilin  çaylara öz təsirini göstərəcəyini qeyd edib. Amma, ölkəmizdə iqlim dəyişmələrinin Azərbaycanın təbiətinə, insanlara təsirinin azaldılması üzrə tədbirlər müəyyənləşdirilib.

AMEA-nın müxbir üzvü, Torpaq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Əlövsət Quliyev  “Naxçıvan Muxtar Respublikasında torpaq ehtiyatlarından istifadə zamanı suvarma su problemləri” adlı çıxışında qeyd edib ki, muxtar respublikada relyefin cənuba doğru meylliyi, günəş radiasiyasının çox olması, buludsuz günlərin çoxluğu, fəal temperaturun yüksəlişi, yağıntının azlığı suvarmanın daha çox istifadə edilməsinə gətirib çıxarır. Bütün bunlar isə Naxçıvanda su ehtiyatlarından son dərəcə diqqətlə istifadə etməyə, hər damcı su dəyərləndirməyə gətirib çıxarır. Müsbət haldır ki, son dövrlər muxtar respublikda xeyli bərpa işləri aparılıb, yeni-yeni meyvə bağları və meşə-parklar yaradılıb. Naxçıvan şəhərinin özündə salınmış xeyli parklar və yaşıllıqlar nəticəsində bura MDB ölkələri içərisində təmiz şəhərlər siyahısına düşüb.

“Coğrafiya” kafedrasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Əli Həsənovun “Təbiəti mühafizənin inkişaf tarixindən”, Ekoloji və Təbii Sərvətlər Nazirliyinin “Ətraf mühit və təbii sərvətlərdən istifadənin

 dövlət nəzarəti” şöbəsinin müdiri  Azər Məmmədovun “Naxçıvan Muxtar Respublikasında ekoloji tarazlığın qorunub saxlanılmasının perspektivləri” adlı çıxışları dinlənilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: