Böyükdüz kəndində qurulan  qapalı suvarma şəbəkəsi 800 hektar sahəni əhatə edəcək - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kəngərli rayonunun Böyükdüz kəndində 800 hektar sahəni əhatə edən ərazidə qapalı suvarma şəbəkəsi qurulur.

Layihəyə əsasən  müxtəlif diametrli borularla 2690 metr ana xətt, 24500 metr paylayıcı boru xətti çəkilib. Bundan başqa ərazidə  270 supaylayıcı hovuz və suvarma hidrantı da quraşdırlıb. Əraziyə suyun öz axını ilə verilməsi üçün müxtəlif diametrli borularla 5 min metrdən artıq ana xətt çəkiləcək.

Həmçinin  73 min metrdən artıq  paylayıcı boru xəttinin, 780 hidrant və paylayıcı hovuzun, 145 mindən artıq sutəmizləyici siyitrmənin, 138 suboşaldıcının quraşdrılması nəzərdə tutulub.

Qapalı suvarma şəbəkəsinin su təminatı Araz Su Anbarında tikiləcək pilləli nasos stansiyası vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki,  bu günə qədər Kəngərli rayonunun Böyükdüz, Xok, Kərki və Yurdçu kəndləri ərazisində ümumilikdə 1916 hektar sahəni əhatə edən ərazidə qapalı suvarma şəbəkəsi tikilib.

Səftər Sadiqov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: