Bələdiyyələrə metodiki köməklik göstərilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə yeni formalaşan yerli özünü idarəetmə orqanlarına metodiki köməklik göstərilib. Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən bələdiyyələrin kargüzarlıq sənədlərinə baxış keçirilib. Bələdiyyələr çatışmayan jurnal və qovluqlarla təmin edilib, işlənilmə qaydaları izah olunub.

Keçirilən görüşlərdə  bələdiyyə üzvlərinə və sədrlərinə qanunvericiliyin tələbləri izah edilib, yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması yolları göstərilib və onların təkrar edilməməsi tövsiyə edilib.

Görüşlərdə bildirilib ki, muxtar respublikada bütün bələdiyyələr üçün yaxşı iş şəraiti yaradılıb, yeni inzibati mərkəzlərdə bələdiyyələr üçün xidməti otaqlar ayrılıb, lazımi təhcizatla təmin edilib. Bunun müqabilində də bələdiyyələr işlərinə məsuliyyətlə yanaşmalı, vaxtında kargüzarlıq sənədlərini işləməli, qəbul edilən bələdiyyə qərarlarında qanunvericiliyin tələbləri gözlənilməlidir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: