Şahbuz Dövlət Təbiət Qoruğunda zərərverici həşəratlara qarşı dərmanlama işləri aparılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qoruq ərazisində son vaxtlar gicitkən və şeytanqanqalı adlanan kəpənəklərin tırtılları geniş yayılaraq ağaclara və kol bitkilərinə ziyan verməyə başlayıb.
Tırtılların qoruq ərazisində yayılmasının qarşısının alınması üçün dezinfeksiya tədbirlərinə başlanılıb. Dərmanlama tədbirinə Fövaladə Hallar Nazirliyinin və Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizlik Şöbəsinin xüsusi təyinatlı üç, Şahbuz Rayon Baytarlıq idarəsinin 1 aftomobili cəlb olunub. Qoruq ərazisindəki kol və ağac bitkiləri ilə yanaşı, insanların istirahət etdiyi ərazilər və yollar da dərmanlanıb.Əraziyə 70 ton dərman məhlulu səpilib.
Mütəxəssislər bildirir ki, el arasında “küllük kəpənəyi” kimin tanınan bu həşarat Batabat ərazisində havaların digər bölgələrə nisbətən daha çox yağmurlu olması nəticəsində geniş yayılıb. Tırtıl şəxsi təsərrüfatlarda, bağlarda yayılarsa təsərrüfat sahibləri mütləq dərmanlama tədbirləri görməlidir. Əks halda həşərat təsərrüfata ciddi ziyan vura bilər.
Novruz Məmmədov