Finlandiyada COVID-19-u iki dəqiqəyə müəyyən edən yeni test üsulu hazırlanıb

A- A A+

Bu yay Helsinkidə nəfəslə koronavirusa yoluxub-yoluxmamağın təyin olunmasının mümkünlüyü öyrənilməyə başlanılacaq. Bu, dünyada ən sürətli və bəlkə də ən ucuz koronavirus testi ola bilər. Nəticəsi iki dəqiqə ərzində aşkar olunan bir testin qiyməti iki avroya başa gəlir.

Virium Helsinki forumu və “Deep Sensing Algorithms” şirkətlərinin mətbuata verdiyi açıqlamada belə deyilir.

NUHÇIXAN İnformasiya Agentliyi Rusiyanın fontanka.ru saytına istinadla xəbər verir ki, Finlandiyada test nanosensorların köməyi ilə nəfəs alınan havada biomarkerlər olduğu üzvi birləşmələri aşkar edəcək. Müxtəlif xəstəliklərə səbəb olan biomarkerlərin araşdırılması koronavirusun da olub-olmadığını müəyyən edəcək. Testdən keçməyə hazır olan bütün könüllülər ənənəvi üsuldan istifadə etməklə araşdırıcı vasitəsilə COVID-19 yoxlamasının doğruluğunu sınamaq imkanına yiyələnəcəklər.

Testlər səmərəli olduğu təqdirdə, avqustda insanları sınaqdan keçirmək üçün ilk qurğular hazır olacaq.

“Deep Sensing Algorithms” şirkətinin icraçı direktoru Pekka Rissanen deyib: “On gün ərzində bütün Finlandiya əhalisi testdən keçirilə bilər. Genişmiqyaslı antivirus tədbirləri ilə müqayisədə sınaq xərcləri o qədər də çox vəsait tələb etməyəcək”.

Mayda ölkədə koronavirusun asimptomatik daşıyıcılarını müəyyənləşdirmək üçün itlərin sınaqdan keçirilməsinə başlanılıb. İyulun birinci ongünlüyündə testlərin növbəti sınaq mərhələsi əvvəlcə Finlandiya və Qazaxıstanda, bir qədər sonra isə Niderland və ABŞ-da aparılacaq.

Onu da qeyd edək ki, pandemiya başlanandan indiyədək ölkədə 7214 nəfər COVID-19 infeksiyasına yoluxub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: