Dövlət başçısının Sərəncamı Naxçıvan jurnalistləri tərəfindən minnətdarlıqla qarşılanır - VİDEO
Ölkə Prezidenti İlham Əliyev iyunun 30-da “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq. Muxtar respublikada da son illər mətbuat və kütləvi informasiya vasitələrinin sürətli inkişafı diqqəti cəlb edir. Dövlət başçısının sərəncamı Naxçıvan jurnalistləri tərəfindən də minnətdarlıqla qarşılanır.
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Turab Hacızadə