Muxtar respublikada əkin dövriyyəsi artıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, muxtar respublikada 2020-ci ilin məhsulu üçün ümumi əkin sahəsi 63 min 405 hektar təşkil edib. Bu da 2019-cu illə müqayisədə 435 hektar çoxdu.

Ümumi əkin sahəsinin 56,9 faizini payızlıq əkin, 36,5 faizini yazlıq əkin, 6,6 faizini əvvəlki illərin çoxillik otları təşkil edib.

Qeyd edək ki, muxtar respublikada son dövrlər qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası, keyfiyyətli toxum növlərinin istehsalı, məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin və texnikaların verilməsi aqrar sahənin əsasını təşkil edən bitkiçilik məhsullarının istehsalında davamlı artımı təmin edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: