Naxçıvan məhsulları Əfqanıstana ixrac edilir - VİDEO
Muxtar respublikada 2020-ci ilin “İxrac ili” elan olunması istehsal olunan məhsulların ixrac imkanlarını artırıb, iqtisadi əlaqələri genişləndirib. "Ləzzət Biskvit və Şokolad Fabriki" Məhdud Məsuliyyətli Cəmiyyəti də fəaliyyətini genişləndirərək bu il xarici ölkələrə 400 ton məhsul ixrac edib.
Hazırda müəssisənin məhsulları 7 ölkəyə ixrac olunur. Növbəti dəfə 24 ton vafli Əfqanıstan respublikasına yola salınıb.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
Adilə Səfərova