Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO
Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksində işlər artıq yekunlaşıb. Bu qurğu rayonun 100 mindən çox insanını su ilə təmin edəcək. Sutəmizləyici Qurğular Kompleksi saniyədə 236 litr su təmizləmə gücünə malikdir. Qurğuda hər birinin su təmizləmə gücü saniyədə 47,2 litr olan 5 dəst avadanlıq quraşdırılıb. Gələcəkdə tələbatın artması nəzərə alınaraq qurğuda əlavə olaraq iki dəst avadanlıq quraşdırmaq üçün ehtiyat yer nəzərdə tutulub.
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Mədinə Rəhimli