Onlayn konfrans: “Nikahın pozulmasının hüquqi və sosioloji tərəfləri”   

A- A A+

Ədliyyə Nazirliyinin təşkilatçılığı, NDU-nun və “Naxçıvan” Universitetinin müəllim və tələbələrinin iştirakı ilə “Nikahın pozulmasının hüquqi və sosioloji tərəfləri” mövzusunda onlayn konfrans keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi Səttar Zamanov tədbirin əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, muxtar respublikada aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi, gənc ailələr üçün yeni yaşayış komplekslərinin tikilməsi və onlara ipoteka kreditlərinin ayrılması ailə institutuna göstərilən qayğının bariz nümunəsidir.

Mövzu ətrafında nazirliyin  əməkdaşı Həbibə Əliyeva “Nikahın pozulmasının hüquqi tərəfləri” mövzusunda çıxışında qeyd edib ki, ailə münasibətlərinin hüquqi tənzimi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı  prinsiplərinə uyğun həyata keçirilir.

Onlayn konfransda mövzuyla bağlı nazirlik əməkdaşlarının və ali təhsil ocaqlarının müəllimlərinin  məruzələr dinlənilib.

Sonda mövzular ətrafında müzakirələr aparılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: