Babək rayonunda taxıl biçini davam edir - FOTOLAR

A- A A+

Babək rayonunda taxıl biçini davam edir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rayonda indiyə kimi 4658 hektar zəminin məhsulu yığılıb. Biçində 34 kombayndan istifadə olunur.

Bu ilki mövsümdə rayonun Yarımca kəndində 463 hektarda  taxıl yetişdirilib. Bunun 307 hektarını buğda, 157 hektarını isə arpa təşkil edir. İndiyə kimi 200 hektara yaxın sahənin taxılı yığılıb. Taxıl zəmilərində 5 kombayn və onlarla taxıl daşıyan, kipvuran və digər texnikalar işləyir.

Xatırladaq ki, bu il Babək rayonunda 11 min 760 hektarda  taxıl yetişdirilib. Bunun 7934 hektarını buğda, 3820 hektarını isə arpa təşkil edir. Bu mühüm kampaniyaya əvvəlcədən nümunəvi hazırlıq işləri aparıldığından biçin də mütəşəkkil həyata keçirilir. Taxıl yığımı rayonun Cəhri və Nehrəm qəsəbələri, Hacıvar, Şəkərabad, Kültəpə və digər kəndlərində də davam etdirilir. 

                    Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: