Muxtar respublikada aqrar sahənin dinamik inkişafı təmin edilir - VİDEO
Muxtar respublikada son dövrlər qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası, keyfiyyətli toxum növlərinin istehsalı, məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin və texnikaların verilməsi aqrar sahənin dinamik inkişafını təmin edib. Görülən işlərin nəticəsində aqrar sahənin əsasını təşkil edən bitkiçilik məhsullarının istehsalı və muxtar respublikada əkin dövriyyəsi artıb.
Torpaqların faydalı istifadəsinin və su təminatının yaxşılaşdırılması istiqamətində meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması diqqətdə saxlanılır.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının bununla bağlı hazırladıqları videomaterialı təqdim edir:
Turab Hacızadə