“Nəbatat bağı”ndakı təcrübə sahəsində nümunələrin biçininə başlanılıb - FOTOLAR

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun “Nəbatat bağı”ndakı təcrübə sahəsində buğda sort və hibridlərinin toxumları üzərində tədqiqat işləri davam etdirilir.

Laboratoriya rəhbəri Pərviz Fətullayev NUHÇIXAN İnformasiya Agentliyinə bildirib ki, sahədə həmən hibridləri yığımına başlanılıb. Bundan sonra isə nümunələr laboratoriya şəraitində onların məhsuldarlığı, bir sünbüldəki dənin sayı, çəkisi və ən sonda isə kefiyyət analizləri aparılacaqdı. Analizlərin sonunda öz müsbət xüsusiyyətlərinə görə seçilən hibritlər növbəti ildə əkilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sort sınaq məntəqələrinə təqdim olunacaq.

Qeyd edək ki, sahədə 45 bərk buğda hibridi, 41 yumşaq buğda hibridi və 40 müxtəlif sortlar var.

Məhsuldar taxıl sortları yetişdirilərkən onun yerli iqlim şəraitinə uyğunluğuna, xəstəliyə, quraqlığa davamlı olmasına da diqqət yetirilir. Bu günə qədər onlarla yerli və məhsuldar taxıl sortu müəyyənləşdirilərək əkininə başlanılıb. Sahədə 6 ildən artıqdır ki, buğda sort və hibridlərinin toxumları tədqiq olunur.

                                                                

                                                                                Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: