Şərurda faraş kartof yığımına başlanıldı - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qədim əkinçilik diyarı olan Şərur rayonunda faraş kartof yığımına başlanılıb. Məhsul yığımında “Naxçıvan” Aqroliznq Açıq Səhmdar Cəmiyyətinin xətti ilə gətirilən yeni, müasirtipli kartofçıxaran texnikalardan istifadə olunur. 

Bu il rayonda  kartof əkin sahələri genişləndirilərək 1350 hektara çatdırılıb.

Sahələrdə aqrotexniki qaydalara düzgün əməl edildiyindən məhsuldarlıq da yüksəkdir. Əldə edilən faraş kartof həm Şərur, həm də Naxçıvan şəhərlərində yerli bazarı təmin edir. Bununla bərabər məhsul bol olduğundan təsərrüfatçılar onu  soyuducu anbarlara da təhvil verirlər. Məhsul yığımında kartofçıxaran maşınlardan istifadə əl əməyini yüngülləşdirir, işin səmərə və keyfiyyəti artır.

Təcrübəli təsərrüfatçılar “İxrac ili” ilə əlaqədar bu il daha çox və keyfiyyətli məhsul istehsal edib onu ixrac etməyi, bir sıra xarici ölkələrə keyfiyyətli Şərur məhsulu satmağı  planlaşdırırlar.                                        

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: