Culfa rayonunun 4 kəndində dezinfeksiya aparılıb - FOTOLAR

A- A A+

Culfa rayonunda infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı dezinfeksiya tədbirlərin davam etdirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu dəfə rayonun Əbrəqunus, Bənəniyar, Saltaq və Göydərə kəndlərində qabaqlayıcı tədbirlər həyata keçirilib. Kəndlərin daxili yolları, səkilər, insanların intensiv istifadə etdiyi mərkəzlər və ətraf ərazilər xüsusi məhlullarla dezinfeksiya edilib.

Muxtar respublikada pandemiyaya qarşı qabaqlayıcı profilaktik tədbirlərə cəlb edilən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tərəfindən ümumilikdə, 75 min kvadratmetr yol və səkilər dezinfeksiya edilib. Görülən bu işlər Culfa  sakinlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcək. 

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: