Bioresurslar İnstitutunda mövsümi meyvələr üzərində elmi araşdırmalar aparılır - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun laboratoriyasında muxtar respublika ərazisində yayılan müxtəlif mövsümi yabanı, həmçinin mədəni meyvə növ və sortların genofondunun tədqiqi, iqtisadi səmərəli sort və formaların seçilməsi, təsərrüfat əhəmiyyətli sortların yaradılması, istehsalata yönəldilməsi və istifadəsi istiqamətində elmi araşdırmalar aparılır.

Araşdırmalar nəticəsində aşkarlanan məhsuldar sortlardan iri tingçilik və bağçılıq təsərrüfatlarında barı cır meyvə ağaclarına calaqetmə prosesi həyata keçirilir, yeni-yeni növlər artırılır.                                            

Qeyd edək ki, 2003-cü ildən İnstitutun əməkdaşları tərəfindən bu istiqamətdə aparılan elmi-tədqiqatların mühüm nəticələri Azərbaycanda, eləcə də Rusiya, ABŞ, Almaniya, İsveçrə, Gürcüstan və digər xarici ölkələrdə nəşr edilən nüfuzlu elmi jurnallarda işıq üzü görüb.

                               Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: