Muxtar respublikada məhsulların keyfiyyət göstəriciləri tələblərə uyğundur - VİDEO
Muxtar respublikada yerli istehsal və xaricdən idxal olunan ərzaq məhsullarının keyfiyyət göstəriciləri mütəmadi olaraq nəzarətdə saxlanılır. İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyasında ərzaq məhsullarının tərkibinin analiz olunması üçün hər cür şərait yaradılıb. Bu ilin 6 ayı ərzində 671 yerli, 147 idxal məhsulu analiz edilib. Məhsulların keyfiyyət göstəriciləri tələblərə uyğundur.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
Turab Hacızadə