Naxçıvan şəhərinin Xətai məhəlləsində yollar abadlaşdırılır - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhər Xətai məhəlləsindəki torpaq yollara asfalt örtük salınır. Asfaltlamadan əvvəl texnikalar vasitəsilə yol yatağının hamarlanması və bərkidilməsi işləri aparılır. Ümumilikdə ötən ay ərzində məhəllə daxili yolların 12 min 900 kvadratmetrlik hissəsində işlər başa çatdırılıb. 

Kompleks şəkildə aparılan işlər zamanı məhəllə yollarında, həmçinin abadlıq işləri də görülür. Yol kənarlarına bardurlər düzülür, səkilərə daş döşənir, eyni zamanda evlərin kommunikasiya xətləri yeraltı xətlərlə əvəz olunur. Yeni salınan yollar, həmçinin məhəllədən keçən 9 nömrəli marşrut xəttinin də rahat gediş-gəlşini təmin edəcək.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: