Naxçıvanda əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayında əmək pensiyalarının maliyyələşdirilməsi vaxtında yerinə yetirilib.

Fondun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təyin olunan əmək pensiyalarının ödənişi plastik kartlar vasitəsi ilə pensiyaçılara çatdırılıb. Kəndlərdə yaşayan əmək pensiyaçıları isə bununla yanaşı, yaşadığı məntəqədən kənara getmədən ərazidə yerləşən poçt bölmələri vasitəsilə də pensiyalarını əldə ediblər. Eyni zamanda, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi üçün müvafiq işlər davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: