“Qanlıgöl” yaylağında oba sakinlərinə tibbi xidmət göstərilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunun aidiyyatı idarə və təşkilatlarının əməkdaşları “Qanlıgöl” yaylağında olublar.
Rayon mərkəzi xəstəxanasının həkimləri oba sakinlərinə tibbi xidmət göstərib, onlara dərman preparatları paylayıblar. Oba sakinləri profilaktiki tibbi müayinəyə də cəlb olunub. Rayon baytarlıq idarəsinin həkimləri sahibkarlarla görüşərək yay aylarında heyvanlar arasında baş verən qan-parazit xəstəlikləri, zəhərlənmələr barədə məlumat veriblər.
Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin əməkdaşları sakinlərin yaşadığı yerlərdə dezinfeksiya tədbirləri görüblər.Həmçinin oba sakinlərinə ticarət xidməti göstərilib, zəruri ərzaq məhsullarının satışı təşkil olunub.
Qeyd edək ki, yay mövsümü ilə əlaqədar olaraq Şahbuz rayonunun ərazisində yerləşən yaylaqlara rayonun kəndlərindən başqa, Naxçıvan şəhəri, Şərur, Babək, Kəngərli rayonlarından 54 minə yaxın mal-qara çıxarılır. Burada sahibkarlar mal-qaranı əsasən 3 ay müddətində saxlayırlar.
Novruz Məmmədov