Gənclər arasında “Breyn-Rinq” intellektual oyunu keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, intellektual oyun Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Sahil Parkında  baş tutub.

8 komanda olmaqla ümumilikdə 48 gəncin iştirak etiyi və bir neçə turdan ibarət olan oyunda ən güclü komandalar final mərhələsində qarşılaşıblar.

Gənclərə dünya görüşü, tarix və mədəniyyət mövzularından suallar ünvanlanıb.

Sonda  qalib komanda diplom və hədiyyələrlə mükafatlandırılıb.  

Qeyd edək ki, oyunun keçirilməsində məqsəd Azərbaycanın milli mədəniyyətinin təbliği, gənclərin intellektual yaradıcılıq qabliyyətinin artırılması,  eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.

                                                    Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: