Naxçıvanda növbəti xalçaçılıq kursunu 7 qadın bitirdi    

A- A A+

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən “Xalq Yaradıcılığı Emalatxanası”nda təşkil olunan   növbət xalçaçılıq kursu sona çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 7 xalçaçı qadının sertifikat aldığı kursda qadınlara peşəkar xalçaçılar tərəfindən Naxçıvan xalçaçılıq məktəbi, o cümlədən digər bölgələrimizin ənənələrinə uyğun xalça naxışları və toxuculuq öyrədilib.  

Sosial əhəmiyyətli belə kursların  təşkil edilməsi muxtar respublikada qədim xalçaçılıq ənənələrinin yaşadılması ilə yanaşı, qadınların özünüməşğulluqlarının da təmin edilməsinə zəmin yaradır.                                         

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası muxtar respublikada bu sahədə maddi-mədəni irsin mühafizəsi ilə bağlı yeni imkanlar yaradıb, bu istiqamətində mühüm  nəticələrə nail olunub.

       

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: