İncəsənət, Dil və Ədəbiyyat İnstitutu  hesabat verdi

A- A A+

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda keçirilən onlayn iclasda 2020-ci il üzrə yarımillik fəaliyyətə dair hesabat dinlənilib.

Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev rəhbərlik etdiyi müəssisədə yarım il ərzində həyata keçirilən elmi təşkilatı işlər, əldə olunan mühüm elmi nəticələr və digər məsələlərlə bağlı çıxış edib.

Hesabat ilində əməkdaşlarının 121 elmi əsəri, о cümlədən biri xaricdə olmaqla 3 monoqrafiyası, 3 kitabı, 26-sı xaricdə olmaqla 65 elmi məqaləsi və 50 konfrans materialı dərc olunub. Çap olunan əsərlərin 12-si xaricdə olmaqla 62-si beynəlxalq kodludur. Əməkdaşların müxtəlif mətbu orqanlarında 267 qəzet məqaləsi nəşr olunub.

İnstitutun təsis etdiyi “Axtarışlar” jurnalının birinci nömrəsi nəşr edilib, ikinci nömrəsi isə çapa hazırlanıb.

Vurğulanıb ki, əməkdaşlar 16 beynəlxalq, 10 respublika, 23 muxtar respublika səviyyəli elmi konfransda iştirak edib. Həmçinin bu dövrdə Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, AMEA-nın Ədəbiyyat İnstitutu, Folklor İnstitutu, Dilçilik İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, eyni zamanda Qazaxıstandakı Beynəlxalq Türk Akademiyası və digər elm və təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub.

Qeyd olunub ki, institutda elmi-tədqiqat işləri ilə bağlı seminarlar, Elmi Şuranın iclasları keçirilib. İclaslarda da gənc elmi işçilərin beynəlxalq və respublika səviyyəli elmi tədbirlərdə iştirakı, elmi jurnallarda məqalələrinin dərc olunması və digər məsələlər gündəmdə saxlanılaraq onlara lazımi istiqamət və tövsiyələr verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: