Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması davam edir - VİDEO

A- A A+

Son illər Muxtar respublikada avtomobil yollarının yenidən qurulması Naxçıvanın tranzit imkanlarını xeyli artırıb. Bu tədbirlərin davamı olaraq sonuncu layihə olan Culfa-Ordubad avtomobil yolunun yenidənqurulması davam etdirilir. 

Layihəyə əsasən, Culfa-Ordubad avtomobil yolunun Culfa-Yaycı hissəsi 4 zolaqlı, Yaycı-Ordubad hissəsi isə ikizolaqlı hərəkət hissəsindən ibarətdir. Yolda torpaqbərkitmə işləri yekunlaşdırılıb, magistrala ikiqat asfalt örtük verilib.

Naxçıvan televiziyasının əməkdaşları yüksək səviyyədə inşa edilən yolla bağlı videomaterial hazırlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

                                                                       

                                                          Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: