Sədərəkdə əkinə yararlı torpaqlardan maksimum istifadə olunur - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Kənd Təsərrüfatı Nazirliyinin Sədərək Rayon İcra Hakimiyyəti ilə birlikdə keçirdikləri tarla-seminar müşavirədə səsləndirilib. İşğaldan azad edilən torpaqlarda əkilən qarğıdalı sahəsində baş tutan  tədbirdə qarğıdalınin iqtisadi əhəmiyyəti və aqrotexnikası barədə ailə təsərrüfatçıları  maarifləndirilib.

Vurğulanıb ki, sərhəd bölgəsində  əkinə yararlı torpaqlardan maksimum istifadə olunur. Dənli-paxlalı bitkilər, xüsusən də taxıl və qarğıdalı əkinlərinə üstünlük verilir. Bu ilki mövsümdə 2357 hektarda taxıl yetişdirilib. Artıq son hektarların məhsulu biçilir. Məhsuldarlıq muxtar respublikanın digər bölgələri ilə müqayisədə yüksəkdir. İqtisadi baxımdan  sərfəli olan qarğıdalı bitkisinə maraq artıb.  Ötən il 25 hektar sahədə  qarğıdalı becərən ailə təsərrüfatçıları  bu il əkin sahələrini genişləndirərək 89 hektara çatdırıblar. Bunun 73 hektarı isə işğaldan azad edilən münbit torpaqların payına düşür.

Tədbirdə ailə təsərrüfatçılarını maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb. Bildirilib ki, aparılan maarifləndirici söhbətlər, yaradılan nümunəvi şərait, xüsusən də təsərrüfat suyunun bolluğu məhsuldarlığa müsbət təsir göstərir.

Tarla-seminar müşavirəsində ailə təsərrüfatçıları bildiriblər ki, bundan sonra da torpaqları daha geniş şəkildə əkib becərəcəklər. Buna sərhəd bölgəsinin iqtisadi imkanları ilə yanaşı milli ordunun əsgərləri də təminat  verirlər.

                                                                               Məmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: