Növbəti qanvermə aksiyasında 50-dən artıq könüllü iştirak edib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirilib. Aksiyada 50-dən artıq könüllü iştirak edib.
Xeyriyyə məqsədilə keçirilən qanvermə aksiyasına Naxçıvan Şəhər İcra Hakimiyyəti, qəsəbə, kənd və sahə ərazi inzibati dairəsi üzrə nümayəndəliklər və bələdiyyələrin, eyni zamanda İcra Hakimiyyətinin tabeliyində olan müəssisə və təşkilatların əməkdaşları qoşulub. Donorlar lazımi müayinədən sonra qan veriblər.
Bir neçə saat davam edən aksiyada donorlardan götürülən qan Naxçıvan Muxtar Respublika Xəstəxanasında yaradılan Mərkəzi Qan Bankına təhvil verilib.
Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd irsi qan xəstəliklərindən, xüsusilə talassemiyadan əziyyət çəkən insanlara kömək və koronovirus pandemiyası zamanı ehtiyat qan bankının zənginləşdirilməsindən ibarətdir.
Nurlana Əhmədova