Naxçıvan regionda alternativ enerji istehsalı sahəsində liderdir - VİDEO
Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi muxtar respublikanın ümumi inkişafını xarakterizə edən amillərdən biridir.
Kənd təsərrüfatına yararsız 5 hektar ərazidə yerləşən stansiyada tikinti-quraşdırma işləri qısa müddətdə və yüksək keyfiyyətlə aparılıb, hər birinin gücü 320 vatt olan 9416 müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovat olan 61 invertor, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları ilə təmin olunmuş 3 ədəd 35/0,4 kilovoltluq transformator yarımstansiyası, 1 ədəd 35 kilovoltluq qapalı paylayıcı yarımstansiya quraşdırılıb.
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Əbülfəz Dünyamalıyev