Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yeni internet saytı istifadəyə verildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yeni  internet saytı müasir proqram təminatı və yeni tərtibatda  hazırlanaraq istifadə verilib.       

Sayt 6 bölmə, 13 alt bölmədən və 16 moduldan ibarətdir. Əsas səhifədə istifadəçilərin informasiya əldə etmələri üçün Nazirliyin ünvanı, əlaqə telefonu, elektron poçt ünvanı və “Axtarış” bölməsi yerləşdirilib. İdarələrarası Elektron Sənəd Dövriyəsi Sistemi, elektron hökumət, elektron imza, İP televiziya, internet xidməti, elektron təhlükəsizlik və “Startap Naxçıvan” portalı haqqında məlumatlar slaydlar şəklində verilib.

Yeni yaradılan portalda ilk dəfə olaraq “İP televiziya” bölməsində İP TV Texnologiyası haqqında faydalı məlumat verilib, muxtar respublikada yayımlanan İP televiziya kanallarının siyahısı göstərilib.

Vətəndaşların nazirliyə elektron formada müraciət etmələri üçün “Elektron müraciət” bölməsi yaradılıb, “Xidmətlər” bölməsində Nazirliyin göstərdiyi xidmətlərin bannerləri və onlar haqqında məlumatlar daxil edilib, “Aktual keçidlər” bölməsində isə nazirlik, komitə, idarə və təşkilatların, həmçinin muzeylərin internet saytlarına keçidlər slayd şəklində yerləşdirilib.

Yenilənən saytın əsas məqsədi  müasir iş prinsiplərinin və  innovativ yeniliklərin tətbiqi, rabitə və internet xidmətləri sahəsində fəaliyyəti gücləndirmək, kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulmasını təmin etməkdir. rabite.nmr.az adı ilə fəaliyyət göstərən yeni sayt həm funksionallıq, həm də  dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, elektron xidmətlərin həcmi genişləndirilib və yeni modullar əlavə edilib.

 

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: