Aliment verən şəxs alimenti vaxtında ödəməməyə görə məsuliyyət daşıyırmı?

A- A A+

Alimentin ödənilməməsi məhkəmə qərarını icra edilməməsidir, bu isə inzibati və cinayət məsuliyyəti yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə  verilən məlumatına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə görə, məhkəmə qərarının icra edilməməsi cərimə  və ya bir aya qədər inzibati həbs cəzası ilə nəticələnə bilir. Məhkəmə qərarını qəsdən icra etməyən şəxsə Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cərimə,  ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilə bilər.

İnzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxs, cəzasını çəkdikdən sonra aliment ödənilməsini davam etdirməlidir. Məsuliyyətə cəlbetmə heç bir halda aliment öhdəliyini aradan qaldırmır. Ailə Məcəlləsinin 64.0.2-ci maddəsinə əsasən aliment öhdəliyinin qəsdən yerinə yetirilməməsi şəxsin valideynlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: