Sinoptiklərdən xəbərdarlıq: İyulun 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraiti qeyri-sabit olacaq

A- A A+

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bölgələrdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: