Ordubad şəhərindəki qədim Cümə Məscidinin bərpası davam edir - VİDEO

A- A A+

Muxtar respublikada aparılan kompleks quruculuq işləri Ordubad rayonunu da əhadə edir. Belə ki, Ordubad şəhərindəki qədim Cümə Məscidində bərpa işləri aparılır,  şəhər 1 nömrəli tam orta məktəbi yenidən qurulur, yeni yaşayış binası inşa olunur, həmçinin şəhərin daxili avtomobil yolu abadlaşdırılır.

Bərpa zamanı müasir tikinti materiallarından istifadə edilsə də  tarixi abidənin  memarlıq quruluşu olduğu kimi saxlanılır. Binanın fasadında və daxilində işlər milli nəqqaşlıq elementləri və dini rəmzlər əsas götürülərək aparılır.

Naxçıvan televiziyasının əməkdaşları Ordubad rayonunda aparılan quruculuq işləri ilə bağlı videomaterial hazırlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: