Şahbuz rayonunda taxıl biçini başlayıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, biçin əsasən Şahbuzkənd, Türkeş, Sələsüz və Daylaqlı  kəndlərində  aparılır. Taxılın toplanılmasında “Naxçıvan Aqrolizinq” ASC-nin Şahbuz rayon bazasına məxsus 2, fiziki şəxlərə aid 3 kombayndan istifadə olunur.

Bu il rayonda ümumilikdə 1563 hektar sahədə taxıl əkini keçirilib. Rayonunun təbii iqlim şəraitinə uyğun olaraq burada taxıl biçininə  digər rayonlarla müqayisədə gec başlanılır.

Qeyd edək ki, Şahbuz rayonunda taxılçılığa maraq  ildən-ilə artır. Buna səbəb isə bu sahəyə göstərilən  dövlət qayğısı və yeni suvarma sistemlərinin quraşdırılmasıdır.  Ötən il Türkeş kəndində qapalı suvarma sistemləri quraşdırılmasının nəticəsidir ki, bu il ən çox taxıl rayonun Türkeş kəndində əkilib. Torpaq mülkiyyətçiləri bu kəndə 300 hekardan artıq sahədə taxıl əkini keçiriblər.   

                                                     Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: