Ötən ay Naxçıvanda elektron məlumat bankına 1010 uşaq haqqında fərdi məlumatlar daxil edilib

A- A A+

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir ki, muxtar respublikada ailə, qadın və uşaq hüquqlarının qorunması iyun ayında da diqqətdə saxlanılıb.

“Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi  çərçivəsində Naxçıvan Biznes Mərkəzində layihə iştirakçıları üçün “Pandemiyadan qorunma tədbirləri” mövzusunda maarifləndirici seminarlar keçirilib. Seminarların sonunda hər bir iştirakçıya əlcək, nano-maska və pandemiya ilə mübarizədə təhlükəsizlik tədbirlərinə dair layihə broşürası olan çanta təqdim edilib. Layihənin sonunda, ümumilikdə muxtar respublikanın bütün rayonlarını əhatə etməklə 39 qadına 25 min 550 manat dəyərində sərmayə kapitalı verilib. Sərmayə kapitallarının 72 faizi ailə təsərrüfatlarının genişləndirilməsi və ya qurulması, 28 faizi isə dərzilik, bərbərlik, xalçaçılıq, rəssamlıq, zərgərlik, psixoloji xidmət sahəsi və sairə ilə məşğul olmaları üçün nəzərdə tutulub. Eyni zamanda ötən ay sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı layihə iştirakçılarının evlərində monitorinq keçirilib.

Həmçinin muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirilib. İyun ayında elektron məlumat bankına 1010 uşaq haqqında fərdi məlumatlar daxil edilib, əlavə olaraq Naxçıvan şəhəri üzrə valideyn himayəsindən məhrum olmuş 2 uşağın qeydiyyatı aparılıb. Hesabat dövründə Naxçıvan Muxtar Respublikası üzrə 1814 sağlamlıq imkanları məhdud uşağın rayon, şəhər, illər və xəstəliklər üzrə təhlili aparılıb

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: