İranın “İRİB news” saytı: Azərbaycan Ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib

A- A A+

İranın “İRİB news” saytı Ermənistanın Azərbaycan ilə dövlət sərhədində, Tovuz rayonu istiqamətində törətdiyi təxribatdan yazıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sayt Azərbaycan Ordusu tərəfindən ermənilərin təxribatının qarşısının alındığını qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusu cavab olaraq Ermənistanın əhəmiyyətli hərbi hissəsini dəqiq raket zərbəsi ilə darmadağın edib.

Qeyd olunub ki, Ermənistanın yenidən Azərbaycan ərazisinə təcavüz etmək istəyinin qarşısı alınıb.

İRİB saytı Azərbaycan Ordusunun düşmənin dayaq məntəqəsinə zərbə endirməsini əks etdirən videonu da yerləşdirib.

Digər bir sayt anaj.ir saytı isə bu barədə xəbər verərək yazıb ki, Azərbaycan işğal olunmuş Dağlıq Qabağı müharibə yolu ilə qaytarmaq əzmindədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: