Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri diqqətdə saxlanılır

A- A A+

Muхtаr rеspublikаdа mülki müdafiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı ilə bağlı qаrşıyа qоyulmuş vəzifələrin icrası iyun ayında da davam etdirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, fövqəladə hallar zamanı fəaliyyəti zəruri olan 30 müəssisə və təşkilatda fövqəladə hallara hazırlığın vəziyyəti yoxlanılıb. Şahbuz rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsində kompleks yoxlama, gündəlik həyat və fəaliyyətin təmin edilməsi üzrə nümunəvi məşğələ, Uzunoba su anbarında isə taktiki-xüsusi təlim keçirilib.

Çimərlik mövsümünə hazırlıqla əlaqədar Uzunoba çimərliyində təmir-bərpa və təmizlik işləri aparılıb, çimərliyin açılışı təmin edilib, iyunun 15-dən xilasetmə qrupunun çimərlikdə gündəlik xidməti təşkil olunub. 

Muxtar respublikada pandemiyaya qarşı qabaqlayıcı profilaktik tədbirlər davam etdirilərək 10 ədəd yanğınsöndürmə, 3 ədəd dezinfeksiya avtomobili və 100 nəfər şəxsi heyət cəlb olunmaqla ümumilikdə 760 kilometr və ya 9 mln 680 min kvadratmetr yol və səkilər, kənd mərkəzləri, habelə qəbul və buraxılış imtahanları keçirilən 28 ümumtəhsil məktəbi dezinfeksiya edilib.

40 müəssisədə mülki müdafiə işinin təşkili ilə bağlı yоxlama keçirilib.

Muxtar respublikada yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə 147 obyektdə diqqətli, 177 obyektdə nəzəri və 12 obyektdə məqsədli yanğın-texniki müayinələr aparılıb. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı müəssisə və təşkilatlarda izahat işləri aparılaraq 95 obyektdə icbari sığorta müqaviləsinin bağlanılması təmin edilib.

Ot-taxıl biçini dövründə sahələrdə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə əlverişli yerlərdə, intensiv biçin aparılan sahələrdə gündəlik olaraq 11 ədəd yanğınsöndürmə avtomobilinin 50 nəfərdən artıq şəxsi heyətin patrul xidməti təşkil olunub.

Bunlarla yanaşı, ay ərzində nazirliyin qurumları tərəfindən muxtar respublika ərazisində baş vermiş yanğınların, yol-nəqliyyat qəzalarının və digər xoşagəlməz halların qarşısın vaxtında alınıb və nəticələri aradan qaldırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: