Şahbuzda yeni binalar tikiləcək - FOTOLAR

A- A A+

Şahbuz rayonunda böyük tikinti quruculuq işləri aparılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rayonda hazırda gənc ailələrin, həmçinin zabit, gizir ailələrinin rahat mənzillərlə təmin edilməsi üçün yeni yaşayış binaları inşa olunur.

Şahbuz şəhərində gənc ailələr üçün inşa olunan yaşayış binası zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir. Mənzillərdən 20-si üçotaqlı, 20-si isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 90 və 83, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 63 və 70 kvadratmetrdir. Binanın zirzəmisində müxtəlif xidmət sahələri və mağazalar yerləşəcək. Yaxın günlərdə gənc ailələrin istifadəsinə verilməsi nəzərdə tutulur. Rayonda inşa olunan yaşayış binasında işlər başa çatdıqdan sonra bu binada gənc ailələr ipoteka kreditindən yararlanaraq mənzil sahibi ola biləcək.

Şahbuz şəhərində hərbi şəhərcikdə inşa olunan 44 mənzilli yaşayış binası  isə zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olacaq. Binanın zirzəmisində isə müxtəlif təyinatlı mağazalar, anbarlar tədbirlər zalı və digər xidmət sahələri yaradılacaq.

Yaxın günlərdə isə Heydər Əliyev prospektində Şahbuz rayon Tarix-Diyarşünaslıq Muzeyi və Naxçıvanbank ASC-nin Şahbuz rayon filialı üçün yeni binaların inşasına başlanılacaq.

Novruz Məmmədov

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: