Şahbuzda salınan alma bağı ilk barını verdi

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunun “İşkəsu” massivində 2.5 hektar sahədə salınan alma bağı bu ildən  artıq məhsul verməyə başlayıb. Şahbuz rayon təhsil şöbəsinin əməkdaşlarının dağətəyi ərazidə saldığı bağa rayonun iqliminə uyğun yerli sortlarla yanaşı  Azərbaycanın digər regionlarından gətirilən müxtəlif alma növləri əkilib. Bağda damcı ilə suvarma sistemi quraşdırılıb. Vaxtında aparılan aqrotexniki tədbirlərin nəticəsidir ki, artıq bu ildən alma bağı məhsul verməyə başlayıb. Muxtar respublikanın nümunəvi bağbanlarının saldığı meyvə bağlarından fərqlənməyən alma bağının məhsuldarlığının artırılması üçün aqrotexniki tədbirlər də görülüb. 

Qeyd edək ki, rayonda bu günə kimi 200 hektardan artıq sahədə yaşıllaşdırma tədbirləri aparılıb. Bu sahələrin əksəriyyəti isə meyvə bağlarıdır.

                                         Novruz Məmmədov

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: