“Yeni dünya nizamı və onun mahiyyəti” monoqrafiyasının onlayn təqdimatı - FOTOLAR

A- A A+

AMEA Naxçıvan bölməsi Tarix Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Yeni dünya nizamı və onun mahiyyəti” monoqrafiyasının onlayn təqdimatı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbridə  AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Emin Şıxəliyevin elmi fəaliyyətindən danışıb. Qeyd olunub ki, Emin Şıxəliyev 7 monoqrafiyanın 100-dən çox elmi məqalənin müəllifidir. Tədqiqat predmeti kimi seçilmiş bu mövzuda dünyamızda baş verən hadisələrin, problemlərin və giosiyasi oyunların anatomiyası verilib.

Sonra çıxış edən digər onlayn konfrans iştirakçıları monoqrafiyanın mahiyyətindən danışıblar.

Kitab müvafiq profil üzrə mütəxəssislər, beynəlxalq siyasətlə maraqlanan oxucular, ali məktəblərin  Beynəlxalq münasibətlər və  digər uyğun ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: