Yanvar-may ayları ərzində Azərbaycanda 47 min 206 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11,4 təşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi qızdır.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, körpələrin 1258-i əkiz, 42-si isə üçəmdir.
İlin beş ayı ərzində ölkədə, həmçinin 24 min 813 ölüm halı qeydə alınıb.
Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6 təşkil edib.